<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>229</hymn_number>
<lyrics>[V1]
 Hər səhər eşidirəm Sənin səsini,
 Bilirəm izləyirsən Göydən Sən məni.
 Qoy Sənin əlin idarə etsin məni,
 Sevirəm Səni, Rəbbim, qoru Sən məni.

[C1]
   Yalnız Sən sevinc verirsən,
   Düz yaşamağa kömək edirsən,
   Ürəyimi təmizləyirsən,
   Səninçün yaşamaq istəyirəm mən.

[V2]
 Sənə minnətdaram sevginə görə, sülhünə görə,
 Günahlı həyatdan azad etdiyinə görə.
 Sən qapı açdın bizə Səltənətinə,
 Minnətdaram mən Sənə, Səninləyəm mən.

[V3]
 Qoy bütün ürəklər gəlsin önünə,
 Ata Allahın nuru dolsun qəlblərə.
 Bütün azmış insanlar gəlsin önünə,
 Bilsinlər hamıdan çox gərəksən bizə.</lyrics>
<title>Hər səhər eşidirəm Sənin səsini İL229</title>
</song>